"Mercedes" çaya aşıb - Sürücü boğulub

13:27 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən çaya aşırıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, nəticədə o, suda boğularaq ölüb.


Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.